Rusiyalı ”gizli agent” məhkəmə qarşısına çıxarılıbbackend

Rusiyalı ”gizli agent” məhkəmə qarşısına çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokurorlar Mariya Butinanın ölkəni tərk etmək riski olduğu üçün onun zəmanətə buraxılmasına icazə verməyib.

29 yaşlı silah hüququ müdafiəçisi və Milli Silah Assosiasiyası ilə sıx əlaqələri olan Mariya Butina çərşənbə axşamı ABŞ baş prokuroruna məlumat vermədən ölkədə xarici agent kimi fəaliyyət göstərməkdə təqsirləndirilib.

Federal Təhqiqat Bürosu Butinanı 2016-cı ilin avqust ayında tələbə vizası ilə Birləşmiş Ştatlara daxil olana qədər bir neçə dəfə ABŞ-da olan “gizli agent” kimi təsvir edib.

İnterpress.az