Toyda kütləvi dava – 3 nəfər bıçaqlandıbackend

Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, Sabirabadın Moranlı kəndində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı kənd sakinləri 1994-cü il Təvəlüdlü Abbasov Ilkin Taleh oğlu,1994-cü il təvəlüdlü Abbasov Ədalət Ibrahim oğlu və 1995-ci il təvəllüdlü İmanov Feyruz Alim oğlu bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavadlı Kamran Akif oğlu, Cavadlı Kənan Akif oğlu və Əliyev Əli Saday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyə Şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az