Qanunsuz ov edənlər saxlanıldı » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Qanunsuz ov edənlər saxlanıldı

Azərbaycanda qanunsuz ov edənlər saxlanıldı.

Dərc edilib: 19 iyul 2018 [11:02]
Baxış sayı: 8556

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reyd keçirilir.

Nazirliyin Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ova cəhd edən Masallı rayon sakini Şahmar Kərimov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və 1000 manat məbləğində cərimə tətbiq olunub.

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan Biləsuvar rayon sakini Vüqar Qiyasov saxlanılıb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 700 manat məbləğində cərimə edilib.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54