Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


İlham Əliyev əlilliyi olan şəxslərlə bağlı qanun imzaladı

Prezident “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb.

Dərc edilib: 19 iyul 2018 [13:28]
Baxış sayı: 15154

Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb.

İnterpress.az xəbər verir ki, bu qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134