“Ölkəmizə gələn əcnəbilərin sayı 10 faizdən çox artıb” – Vüsal Hüseynovbackend

“Ölkəmizə gələn əcnəbilərin sayı 10 faizdən çox artıb” – Vüsal Hüseynov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 199 770 halda 747 107 olub”.

İnterpress.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Xidmət rəisinin sözlərinə görə, bu rəqəmlər ölkəyə gələn əcnəbilərin sayında 10 faiz artımın olduğunu göstərir: “Hesabat dövründə 347.767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 315 736 olub. Bu da ötən illə müqayisədə 10 faizdən çox artım deməkdir”.

İnterpress.az