Öz qızını zorlayan manyak maqnatın ağır cəzası – 18 il 9 ay…backend

Öz qızını zorlayan manyak maqnatın ağır cəzası – 18 il 9 ay…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin məhkəmə onun indiyədək cəzasız olduğunu nəzərə alaraq, cəzasını 18 il 9 aya endirib.

Fatih Oflaz kimdir?

Əslən Yuqoslaviya qaçqını olan Fatih Oflaz bu gün 16 televiziya şirkətlərinin birliyindən ibarət holdinqin rəhbəridir. Bu holdinqin tərkibinə “SciTech Tv”, 10 film kanalı, “Eurosport Türkiyə”, “Eurosport2 Türkiyə”, HD sport kanalları, uşaq kanalı Kids, BBC HD kimi kanallar daxildir. 2016-ci ildə ən çox izlənən kanal “Lifetime”-ın Türkiyə versiyasının yayımlanmasında böyük rol oynayıb.

Məhkəmədə istismara uğramış qızın danışdıqları isə adamın qanını dondurur. F.Oflazın qızı deyib:“Atam hər zaman despot bir adam olub. İstədiyi hər şeyi həyata keçirmək vacib idi. 7 yaşımdan başlayaraq tez-tez cinsi istismara məruz qalırdım. Atamla anam ayrıldıqdan sonra mən həmişə anamın təkidiylə atamın evinə getmək məcburiyyətində olurdum. İllərlə buna səsimi çıxarmadım. Çox vaxt özümü heç nə olmamış kimi aparmağı üstün tuturdum. O dövrlərdən başlayaraq gecə normal yuxu belə yata bilmirdim. Yatdığım zamansa qorxunc yuxularla oyanırdım. Atamdan, məni atamın evinə getməyə məcbur edən anamdan, bütün olanlara mane olmadığı üçün qardaşımdan və bunlara qarşı çıxmadığım üçün özümdən zəhləm gedir”.

“Nəhayət, hər şeyi danışıb, gerçəklərlə üzləşməyə qərar verdim və şikayətçi oldum. Düzdür, nə bu şikayət, nə də atamın cəza alması mənim yaşadıqlarımı dəyişməyəcək, amma atamın əsl üzünü insanlara göstərəcəyim üçün rahatam. Ailəm mənim həyatımı məhv etdi, mən indi heç kimlə normal münasibət qura bilmirəm. Özümdən, ailəmdən nifrət etməkdən əl çəkə bilmirəm. Ailəmə nifrət etmək gerçəyi isə məni ailəsizləşdirir və mən özümü tək – tənha hiss edirəm. Məni ailəm ömürboyu davam edəcək bir bədbəxtliyin içərisinə atdı və bunun səbəbkarı isə atamdır”.

Haqqında söylənənləri rədd etdi…

17-cı Ağır Cəza Məhkəməsində şübhəli qismində olan Fatih Oflaz özü haqqında deyilənlərə qızının anasını və dolayı yolla qızını günahlandıraraq cavab verib. Oflaza görə, ana Aslı Kocaoğlu, qızı üçün ödədiyi təzminat kəsildikdən sonra, bu dəfə ev aldırmaq üçün qızını atasına qarşı qaldırmağa başladı. Oflaz əmlak almağı qəbul etmədikdən sonra isə ana qızının əli ilə F.Oflazı məhkəməyə verib.

Media maqnatı ilk başda qızıyla arasının yaxşı olduğunu ifadə edərkən deyib: “Balıq tutur, xizək sürür, pizza almağa gedirdik. Qızım heyvanlardan qorxmurdu, velosipedə minməyi çox sevirdi”.

Sonra o, qızının çox problemli birinə çevrildiyini əlavə edib və deyib ki, qızının ətrafındakı adamlar da problemli insanlar olub, hətta qızının sevgilisi də narkotik maddə aludəçisi imiş. Keçmiş həyat yoldaşının qızının bu zəifliyindən istifadə edərək özünə ev aldırmaq istədyini bildirən F.Oflaz həmçinin xərçəng xəstəliyinə tutulduğu vaxtlarda qızının “ata, bizə təzə ev al”- dediyini də vurğulayır.

“Mən sağaldıqdan bir müddət sonra keçmiş həyat yoldaşım Aslı qızımla bərabər bizi yeməyə dəvət etdi. Daha sonra isə ona Çukurcuma məhəlləsində ev almağım üçün məni yola gətirməyə çalışdı. Mən isə buna razı olmadım. Bundan sonra məni evlərinə dəvət etdi. Evdə mənə vəkilləri kimi təqdim etdikləri adam var idi. O mənə bir vərəq uzatdı. Orda guya mənim qızıma 8 yaşından təcavüz etdiyim qeyd olunurdu. Əgər həyat yoldaşıma 10 milyon təzminat ödəməsəm, bu məlumatı mediaya verib, sonra məni məhkəməyə şikayət edəcəkələrini bildirdilər. Mənim bu pulu ödəməyə maddi imkanım həmin zamanlar az idi. Lakin əvvəlki həyat yoldaşım israrla o pulu məndən istəyirdi”.

Qız atasıyla olan görüşü izah etdi…

Fatih Oflazın danışdığı bu görüşmə haqqında danışan qız deyib: “Atamla üz-üzə gəldiyim o görüşdən sonra ona buranı tərk edib xaricə köçməsini, uşaqlarını bir daha görməməsini və 10 milyon pul verməsini söylədim. Mənə indiyədək 120 min dollar verib, o pula heç əl də vurmamışam. Sonra da ondan pul istəməyimi özümə yaraşdırmadım və ondan şikayətçi oldum. Atam bunu böhtan adlandırır, lakin bu durduq yerə atılacaq bir böhtan deyil”.

Cinsi istismar cəzasına 22 il həbs…

Məhkəmə təxminən 2 il davam edən araşdırma sonrasında əldə etdiyi faktlar, həkimlər tərəfindən təsdiqlənən istismar gerçəyi, yaşadıqlarından sonra qızın psixologiyasının korlanmasını, Oflazın qızına bir neçə dəfə təcavüz etməsini təsdiqləyib. Nəticədə ona 22 il həbs cəzası verilib, lakin Oflazın indiyədək heç bir cəza almamasını nəzərə alaraq onun cəzasını 18 il, 9 aya endiriblər. (musavat)

İnterpress.az