Ekspert: “Azərbaycana qarşı təxribatlar daim olacaq”backend

Ekspert: “Azərbaycana qarşı təxribatlar daim olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Nə qədər ki, Azərbaycan dövləti var və nə qədər ki, o inkişaf edir, ona qarşı daim təxribatlar olacaq. Lakin ən əsası odur ki, bu təxribatlar həmişə iflasa uğradılır\”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli deyib.

O bildirib ki, Gəncə və Mingəçevir hadisələri fonunda ölkəmizdəki sabitliyin qorunmasında Azərbaycan jurnalistlərinin də birbaşa rolu olub: \”Azərbaycan Mətbuat Şurası ölkə mediasında baş verən proseslərin ciddi monitorinqini aparır və bu monitorinqlər göstərir ki, Azərbaycanın informasiya məkanına bu cür ekstremal durumlarda çox ciddi müdaxilələr olur. Bu müdaxilələr Azərbaycanda ictimai sabitliyin pozulmasına xidmət edir və nə yaxşı ki, onların vaxtında qarşısı alınır\”.

\”Bəzi neqativ prosesləri biz Gəncə və Mingəçevir hadisələri vaxtı da gördük. 6-7 saytın adları da açıqlandı, lakin baş verən pozuntular tək təxribatla bağlı deyil. Həmin hadisələr vaxtı bəzi peşəkar hesab etdiyimiz xəbər portallarında da neqativ amillər ortaya çıxdı. Problemlər kriminal xəbərlər hazırlayarkən yol verilən peşə xətalarından ibarətdir\” — deyə Müşviq Ələsgərli bildirib.

İnterpress.az