Əsrin kəşfi: İçində 130 milyard dollarlıq qızıl olan rus gəmisi tapıldı » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Əsrin kəşfi: İçində 130 milyard dollarlıq qızıl olan rus gəmisi tapıldı

Qızılların döyüş zamanı əsgərlərin maaşları, liman və digər xərclərin qarşılanması üçün gəmidə olduğu ehtimal edilir

Dərc edilib: 19 iyul 2018 [23:27]
Baxış sayı: 14081

Cənubi Koreya sahillərində hazırkı pulla təxminən 130 milyard dollar dəyərində qızıl daşıdığı ehtimal edilən Rusiya gəmisinin qalıqları tapılıb. Məlumata görə, rus donanmasına aid olduğu təxmin edilən "Dmitri Donşkoy" gəmisinin qalıqları Ulleungdo adasında aşkar edilib. Gəminin 113 il əvvəl Yaponiya və Rusiya arasında müharibə zamanı batırıldığı düşünülür.

Qızılların döyüş zamanı əsgərlərin maaşları, liman və digər xərclərin qarşılanması üçün gəmiyə yükləndiyi ehtimal edilir. Bundan əlavə, sıradan çıxmış digər gəmilərdəki qızılların da bu gəmiyə köçürüldüyü ehtimal edilir.

Cənubi Koreyada yerləşən və batan gəmilərdəki xəzinələrin axtarışı ilə məşğul olan “Shinil Group” şirkəti, illərdir tapmağa çalışdığı gəmidəki qızılların çıxarılması üçün Çin, Kanada və İngiltərədən olan şirkətlərlə ortaq əməliyyata hazırlaşır. (sputnik.az)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54