Azərbaycanlı professor vəfat etdi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycanlı professor vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi vəfat edib.

Dərc edilib: 19 iyul 2018 [23:52]
Baxış sayı: 10709

İnterpress.az Report-a istinadən xəbər verir ki, professor Ə.Tanrıverdi bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əzizxan Vəli oğlu Tanriverdi 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq natamam orta məktəbi, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini fərqlənmə ilə bitirib. 1981-ci ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq edib. “Kitabi-Dədə Qorqud” daşəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterosiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırıb. “Dəli Kür” romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil süzgəcindən keçirib.

23 kitabın, 180 elmi məqalənin müəllifidir. Dil tarixi, onomastika, ədəbi tənqid sahəsində elmi-tədqiqat işi aparıb. Ailəli idi, 3 oğlu var.

Allah rəhmət eləsin!

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54