Prezident İlham Əliyev Devid de Rotşild ilə görüşübbackend

Prezident İlham Əliyev Devid de Rotşild ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

İnterpress.az