Bu qoxu insanı ağıllı edirbackend

Bu qoxu insanı ağıllı edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son elmi araşdırma göstərib ki, qoxu insanı hətta daha ağıllı edə bilər.

Hamı bilir ki, qəhvə beyini stimullaşdırır, beyinin fəaliyyətini yaxşılaşdırır. Maraqlıdır ki, bu tək qəhvənin özünə deyil, həmçinin onun qoxusuna da aiddir.

Amerikada aparılmış eksperiment zamanı 2 qrup tələbə eyni riyaziyyat tapşırığı alıb. Tələbələr 2 ayrı otaqda yerləşdirilib. Eksperiment zamanı otaqlardan birində qəhvə dəmlənilib və onun qoxusu bütün otağı bürüyüb. Eksperimentin nəticəsində məlum olub ki, qəhvə qoxusu olan otaqda tələbələrin nəticələri digər otaqda oturan tələbələrlə müqayisədə daha yüksək olub.

Beləliklə, məlum olub ki, hətta qəhvənin qoxusu beyinə güclü stimullaşdırıcı kimi təsir edir.
Son elmi araşdırmalar təbii qəhvənin çoxsaylı faydalarını aşkar edib. Belə ki, qəhvə ürək xəstəliklərinin və ani ölümün riskini azaldır, qaraciyər üçün faydalıdır, metabolizmi yaxşılaşdırır. (saglamolun.az)

İnterpress.az