Rusiyalı bloger Bakı haqqında yaddaqalan videoçarx hazırladı – VİDEObackend

Rusiyalı bloger Bakı haqqında yaddaqalan videoçarx hazırladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

L.Balanyov ölkəmizə Novruz bayramı günlərində azərbaycanlı abunəçilərinin dəvəti ilə gəlib.

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyalı bloger ailəsi ilə birlikdə ziyarət etdiyi Heydər Əliyev Mərkəzi, İşərişəhər, Azərbaycan Xalça Muzeyi, Dağüstü park və Abşeronun maraqlı yerlərindən hazırladığı reportajı abunəçilərinə təqdim edib.

Cəmi bir neçə gün ərzində tamaşaçılardan reportajla bağlı çoxlu müsbət rəylər alınıb, onların əksəriyyəti isə videoçarxa baxdıqdan sonra dərhal Azərbaycana səyahət etmək istədiyini bildirib.

İnterpress.az