Türkiyənin tanınmış 40 jurnalisti Bakıda – Media Forumu başladıbackend

Türkiyənin tanınmış 40 jurnalisti Bakıda – Media Forumu başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, “Anadolu Yayımçılar Dərnəyi”, “Yeni Çağ” Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə baş tutuan Forum Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Milli Mətbuatının 143 illiyi münasibəti ilə keçirilir.

Millət vəkillərinin də qatıldığı Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsi Bəhruz Həsənova, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, QHT sədrləri, yerli və xarici mətbuat orqanlarının jurnalistləri, o cümlədən Türkiyədən tanınmış 40 mətbuat və media nümayəndələri, köşə yazarları iştirak edir.

Forum hər iki ölkənin dövlət himninin səslənməsi ilə başlayıb. Qeyd edək ki, tədbirdə Türkiyənin “Axşam” qəzetindən Emin Pazarcı, “Kanal 7”TV-dən Mehmet Acet, “İnternet Haber”dən Hadi Özişık, “Hüriyyət” qəzetindən Deniz Zeyrek, “Akit” qəzetindən Hacı Yakışıklı, “Yenişafak” qəzetindən Hasan Öztürk, “Haber 7”TV-dən İbrahim Erdoğan, “Kanal 24” TV-dən Melik Yiğitel, “Milat” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və azərbaycanlı jurnalistlər Hikmət Babaoğlu və Aqil Ələsgərin çıxışı gözlənilir.
Forum davam edir. (musavat)

İnterpress.az