ABŞ Türkiyəyə 180 gün vaxt verdi – İrana görəbackend

ABŞ Türkiyəyə 180 gün vaxt verdi – İrana görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Tərəflər ABŞ-ın İrana qarşı sanksiyaları və bunun Türkiyəyə təsirini müzakirə ediblər. İran Türkiyənin həm iqtisadi, həm də ticarət baxımından vacib qonşusudur. Buna görə də Ankara Vaşinqtonun Tehranla münasibətlərini diqqətlə izləyəcək” – deyə agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsi deyib.

Agentlik həmçinin Billinqslinin Ankarada jurnalistlərə verdiyi açıqlamalarına da diqqət yetirib. Belə ki, açıqlamalarında Billinqsli Türkiyə ilə danışıqların pozitiv formada keçdiyini bildirib:

“Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin ABŞ-ın müttəfiqi olduğunu nəzərə alaraq Ankaraya gəlib. İki ölkənin maliyyə nazirlikləri arasında sıx əməkdaşlıq var. Ankara ilə dünyada terrorizmin ən böyük sponsoru olan İranı müzakirə etdik. Türkiyə İranın qonşusudur və Tehranla ticarət məsələləri, sözsüz ki, Ankara ilə müzakirə edilməlidir. Çox az vaxtımız qalıb. Türk bankları və şirkətləri 180 gün ərzində özlərinin addımları haqqında düşünməlidir. Biz bu istiqamətdə dəqiq addımların şahidi olmalıyıq. Bizim qərarlarımız bundan asılı olacaq”.

İnterpress.az