Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü – 2 ölü, 10 yaralıbackend

Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü – 2 ölü, 10 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə \”Qafqaz” federal avtomobil yolunda baş verib.
Nəticədə, 2 nəfər ölüb, 10 azərbaycanlı yaralanıb.

Dağıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Digərləri isə yüngül dərəcəli xəsarətlər alıblar. Onların arasında azyaşlı yoxdur.

\”Yaralılardan ikisi müalicə üçün Mahaçqalaya göndərilib. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”, – deyə məlumatda qeyd olunur.

Qəzaya düşən azərbaycanlıların Dağıstana işləməyə gəldikləri bildirilir.

İnterpress.az