Adi çayınızı bu çaya dəyişin, ömrünüzü uzadın – ELİKSİRbackend

Adi çayınızı bu çaya dəyişin, ömrünüzü uzadın – ELİKSİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq arasında ona \”Əbədi cavanlıq” eliksiri adı qoyulub. Etiraf edək ki, çay tərkibi ilə bu adı haqq edir. Müntəzəm olaraq bu çayı içməyə vərdiş etmiş insanın orqanizmi cavan, enerjili və sağlam qalır.

Çayın tərkibində cəmi 4 bitki var: çobanyastığı, ağcaqayın kökü, dazıotu və solmazçiməyi bitkilərini bərabər miqdarda götürürsüz. Yaxşı olar ki, bitkilər yaz-yay aylarında toplanmış olsun. Bitkiləri qarışdırıb, şüşə qabda saxlayın. Hər gün 0,5 litr suda bir xörək qaşığı dəmləyin. 20 dəqiqə dəmləndikdən sonra süzün, çayın yarısına bura bir çay qaşığı təmiz bal qatıb, axçamlar yeməkdən sonra için. Nəzərə alın ki, bu çayı içdikdən sonra yemək yemək, başqa nəsə içmək olmaz.

Səhər axşamkı dəmləmədən qalmış hissəyə yenidən bal əlavə edib, səhər yeməyindən dərhal sonra için. Bu dəfə də çaydan sonra yemək və içmək olmaz. Çünki bitkilərin orqanizmdə təmizləmə işi prosesi başlayır.

Beləcə, hər gün bu çayı içməyə davam edin. Təxminən 1 ay sürəcək. Bəzən çayı içdikdən sonra ilk günlər ürəkbulanma, baş ağrısı ola bilər. Bu, orqanizmin təmizlənməsinə işarədir. (medicina.az)

İnterpress.az