Trampın gizli səs yazısı üzə çıxdı – QALMAQALbackend

Trampın gizli səs yazısı üzə çıxdı – QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, səs qeydlərində prezidentlə əlaqələrinin olduğunu bəyan edən “Playboy” modelinə ödəniləcək pul vəsaitindən də söhbət gedir.

Səs yazısı Trampın keçmiş vəkili Maykl Koeni təmsil edən və onun hazırki vəkili Lanni Devis tərəfindən kanala təqdim edilib. Səs yazısının müzakirəsi kanalın “Cuomo Prime Time” verilişində aparılıb.

Yazıda Koen və Tramp əvvəllər indiki prezidentlə əlaqələrinin olduğunu iddia edən model Karen Makduqal ətrafında müzakirə aparırlar.

Belə ki burada tək ona ödənişlər deyil, həmçinin mediadan onun danışıqlarının müəllif hüquqlarını əldə etmək məsələsi də ifadə edilir.

Keçmiş vəkil Koen prezidentliyə namizəd Trampa bu əhvalatın müəllif hüquqlarını satın almaq üçün bir şirkət qurmaq planı barədə danışır.

“Mən dostumuz Deviddən bütün informasiyanı transfer etmək üçün kompaniya açmalıyam” – Koen ifadə edir.

Burada ehtimal ki, “American Media”nın rəhbəri Devid Pekerdən söhbət gedir.

Vəkil sonra “maliyyələşdirmə” barədə söhbət açır və bu zaman Tramp “hansı maliyyələşdirmə” ifadəsi ilə onun sözünü kəsir.

Daha sonra Koen “biz ödəməli olacağıq” ifadəsini işlədir. Tramp isə cavabında “nəğd ödəyin” – deyir. Lakin burada Trampın bu sözləri işlətdiyi məqamda yazıda qarışıqlıq yaranır. Prezidentliyə namizədin \”ödəyin\”, ya \”ödəməyin\” dediyi tam aydın eşidilmir.

Lakin Koen “yox-yox” ifadəsini işlədir və yenə də nə danışıldığı məlum olmur.
ABŞ prezidentinin vəkili Rudolf Culiani isə heç bir ödənişin Trampın adından olmadığına diqqət çəkib.

“Bu yazıda hər hansı bir cinayətin işləndiyini göstərəcək heç bir işarə yoxdur” – Culiani bildirib.

Onun sözlərinə görə, səs yazısında sadəcə müəllif hüquqlarının əldə edilməsindən söhbət gedir.
“Trump Organisation” şirkətinin vəkili Alan Futerfas Trampın nəğd ödəniş barədə təklif etdiyini təkzib edib.

“Prezidentin necə biznes apardığını və kompaniyada işlərin necə getdiyindən xəbəri olan hər kəs bilir ki, heç bir nəğd pul yoxdur. Hər şey sənədləşdirilib. Hər bir qəpik sənədləşdirilib” – Futerfas bildirib.

Qeyd edək ki, bu yazı Donald Tramp və onun prezidentliyə namizədliyi zamanı vəkili Maykl Koen ilə 2016-cı ilin sentyabrındakı danışığının səs qeydləridir. Koen bir dəfə prezidentə güllə atacağı ifadəsi ilə məşhurdur. O, son zamanlar prokurorluq ilə əməkdaşlığa hazır olduğunu açıqca bəyan edib. Bu səs yazısının əsli prokurorluğa göndərilib. (modern.az)

İnterpress.az