Azərbaycan daima Türkiyənin yanında olub – Samir Adıgözəllibackend

Azərbaycan daima Türkiyənin yanında olub – Samir Adıgözəlli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu istiqamətdə əməkdaşlığın genişlənməsini hər iki ölkə üçün faydalı saymaq olar”

Xəbər verdiyimiz kimi, Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı keçirib. Konransda çıxış edən Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək. Eyni zamanda, Azərbaycan və Türkiyənin regionda birgə iri layihələr həyata keçirdiyi də qeyd olunub. M.Çavuşoğlu Bakı-Tiflis-Qars layihəsinə bir çox ölkələrin qoşulmaq istədiyini qeyd edib.

“Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək” – deyə, Türkiyə XİN başçısı əlavə edib.

Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirməsi nə kimi əhəmiyyətə malik olacaq?

İnterpress.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, Azərbaycanın Türkiyə ilə qardaş ölkə olması yalnız quru sözlə ifadə olunmur: “Bilirsiniz ki, beynəlxalq arenada bizə qarşı bir çox hallarda qərəzli mövqe sərgilənir. Bir çox hallarda həmin təzyiq kampaniyalarının hədəfi kimi Türkiyə ilə Azərbaycan birgə seçilir. Uzun illərin təcrübəsi bizdə bu istqamətdə müdafiə immuniteti formalaşdırıb. Çox təəssüflər olsun ki, əksər hallarda bu hücumlar, qarayaxmalar dünyanın müxtəlif ölkələrində olan erməni lobbisinin istəyi və sifarişi ilə reallaşır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq arenada olan bütün müzakirələrdə Türkiyə birmənalı olaraq Azərbaycanın yanında olub, bizim mövqeyimiz dəstəkləyib. Eyni sözləri əsassız erməni “soyqırım” iddiaları ilə bağlı dünyanın müxtəlif ölkələrində baş qaldıran anti-Türkiyə kampaniyasında Azərbaycanın rolu barədə deyə bilərik. Həmin proseslərdə Azərbaycan daima Türkiyənin yanında olub\”.

DAK rəsmisi qeyd edib ki, iki ölkənin eyni platformadan çıxış etməsinin ən bariz nümunəsini Prezident İlham Əliyev konkret addımı ilə sübut edib: \”Bir neçə il bundan əvvəl Praqada dövlət və hökumət başçılarının iştirakı ilə \”Şərq tərəfdaşlığı\” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma \”erməni soyqırımı\” ilə bağlı mülahizələrə həsr etmişdi. Həmin vaxt Türkiyənin dövlət başçısı Zirvə görüşündə iştirak etmirdi. İlham Əliyevin isə cavab belə oldu ki, bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. İlham Əliyev etdiyi çıxışla qardaş ölkənin əvəzindən Sarkisyanı yerinə oturtdu. Bütün bunlar sübut edir ki, Azərbaycan və Türkiyə üçün bu platformada birgə əməkdaşlıq yad deyil. Sadəcə bunun daha da genişləndirilməsinə, dovlət qurumları səviyyəsində ciddi koordinasiya olunmasına zərurət var. Mən bura xüsusilə də iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyini qeyd etmək istərdim. Bu istiqamətdə əməkdaşlığın genişlənməsini hər iki ölkə üçün faydalı saymaq olar”.

İnterpress.az