Rusiyada yaşayan azərbaycanlı müəllimin meyiti tapıldıbackend

Rusiyada yaşayan azərbaycanlı müəllimin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novosibirisk şəhərində yaşayan əslən Azərbaycanın Lənkəran şəhərindən olan, 1980-cı il təvəllüdlü Əliyev Ruslan Kərəmxan oğlunun meyiti yaşadığı evdə tapılıb.

İnterpress.az xəbər verir ki, \”Report\”un əldə etdiyi məlumata görə, R.Əliyevin meyiti qonşuları tərəfindən aşkar olunub.

Həmin vaxt ailəsi onun qayınatasigildə olub.

Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

R. Əliyev orta məktəblərin birində müəllim işləyirmiş.

O, ailəlidir, 2 övladı var.

İnterpress.az