Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı – 1 fotoya görə 1 milyonbackend

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı – 1 fotoya görə 1 milyon

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ulduzlarının sosial şəbəkədə reklamdan əldə etdiyi gəlirlərinin sayı açıqlanıb.

İnterpress.az xarici KİV-lərə istinadən dünyaca məşhur şəxslərin sosial şəbəkədən əldə etdikləri gəlirlə bağlı araşdırma aparıb.

Araşdırmalar zamanı dünya məşhurlarının sosial şəbəkə vasitəsilə reklam etdiklərə məhsullara görə aldıqları qonororun məbləği müəyyən olunub.

Bu araşdırmada siz dünya məşhurlarının \”İnstagram\” sosial şəbəkəsində paylaşdıqları bir fotoya görə nə qədər gəlir əldə etdiklərini biləcəksiniz. Söhbət dünyaca məşhur olan müğənni, model, aktyor, futbolçu və digər sənətçilərin bir fotonu paylaşmaqla qazandıqları milyonlardan gedir.

ABŞ-ın gənc və ən populyar supermodellərindən olan Kayli Cenner paylaşdığı bir fotoya görə 1 milyon dollar qonoror alır. 1998-ci il təvəllüdlü modelin \”İnstagram\”dakı takibçilərinin sayı 111 milyonu ötüb.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

Hollivudun gənc və istedadlı müğənnilərindən biri olan Selena Qomez bir foto qarşılığında 800 min dollar qonoror tələb edir. 26 yaşlı müğənnini \”İnstagram\”da nə az, nə çox – düz 139 milyon istifadəçi izləyir.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

Ulduz futbolçu Kriştiano Ronaldo da sosial şəbəkədən gəlir əldə edən məşhurlar sırasındadır. 137 milyon takibçisi olan futbolçu \”İnstagram\”da paylaşdığı bir foto üçün 750 min dollar qonoror alır.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

\”İnstagram\”da gəlir əldə edən ulduzlar arasında kanadalı müğənni Castin Biber də yer alıb. 24 yaşlı müğənnini 101 milyon insan izləyir. Onun bir fotoya görə aldığı qonororun məbləği 630 min dollar təşkil edir.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

\”PSJ\” klubunun braziliyalı futbolçusu Neymar bir fotoya görə 600 min dollar qonoror alır. Ulduz futbolçunun \”İnstagram\”dakı takibçilərinin sayı 100 milyonu ötüb.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

İspaniyanın \”Barselona\” klubunun Lionel Messi isə reklam etdiyi bir fotoya görə yarım milyon dollara sahiblik edir. Argentinalı futbolçunu \”İnstagram\”da 98 milyona yaxın takibçi izləyir.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

Türkiyəli məşhur model və aktyor Burak Özçivit də \”İnstagram\”dan gəlir əldə etmək üçün istifadə edir. Aktyor reklam üçün paylaşdığı hər fotoya görə 20 min dollara yaxın qonoror alır. Burakı 11.7 milyon istifadəçi izləyir.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

Sosial şəbəkədə paylaşdığı videolar sayəsində bütün dünyada fenomen halına gələn qəssab Nüsrət Gökçe də reklamdan əldə etdiyi gəlir hesabına özünə sərvət toplayır. 1983-ci il təvəllüdlü fenomen qəssab paylaşdığı hər fotoya görə 11 min dollar qonoror əldə edir. Nüsrətin takibçilərinin sayı 14.9 milyonu ötmək üzrədir.

Dünya ulduzlarının İnstagramdan əldə etdikləri gəlir dodaq uçuqlatdı - 1 fotoya görə 1 milyon

Səid Qərib
İnterpress.az