Quba rayonunda meşəətrafı ərazilərdəki yanğın söndürüldübackend

Quba rayonunda meşəətrafı ərazilərdəki yanğın söndürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov məlumat verib.

A.Manafovun sözlərinə görə, meşəətrafı ərazidə baş verən yanğın İsnov kəndində yaşayış evlərinə qədər yaxınlaşsa da, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vaxtında müdaxiləsi ilə söndürülüb.

“Biz hazırda müvafiq qurumların nümayəndələri ilə birlikdə yanğın baş verən ərazidəyik. Əvvəlcə İsnov, sonra isə Qonaqkənd istiqamətində yanğın söndürüldü.
İndi FHN-in əməkdaşları yanğının yenidən alovlanmaması üçün tədbirlər görürlər. Kənd sakinlərinə və təsərrüfatlara ziyan dəyməyib” – deyə A.Manafov bildirib.

İnterpress.az