2022 Dünya Kuboku: Qətər rəqiblərini qabaqlamaq üçün təxribatda ittiham olunurbackend

2022 Dünya Kuboku: Qətər rəqiblərini qabaqlamaq üçün təxribatda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötürülmüş sənədləri gördüyünü və bunları xəbərə çevirdiyini bildirən qəzet Qətər komandasının ABŞ-dakı ictimaiyyətlə əlaqələr şirkəti ilə yanaşı keçmiş CİA agentləri ilə də danışaraq 2022 üçün rəqibləri olan Avstraliya və ABŞ-a qarşı qaralama başlamadğı hədəflədiyini açıqlayıb.

Xəbərə görə, məqsəd bu ölkələrdə Dünya Kuboku üçün beynəlxalq dəstəyin olmaması imicini yaratmaq idi.

Bu, FİFA qaydalarının pozulması mənasına gəlir.

Qətərin Dünya Kuboku namizədliyi korrupsiya ittihamlarına səbəb olmuşdu, lakin FİFA-nın iki il davam edən istintaqından sonra ölkə bəraət qazanmışdı.

Qaralama kampaniyasında nələr var?

– Nüfuzlu bir elm adamına doqquz min dollar ödənərək ABŞ-da baş tutacaq turnirin böyük iqtisadi maliyyə tələb edəcəyinə dair məqalə yazdırılıb və məqalə dünya miqyasında mətbu orqanlara göndərilib.

– Hər ölkədə jurnalistlər, bloqçular və məşhurlara pul ödənilərək onların digər namizədlər haqqında mənfi yazılar yazması təmin olunub.

– Bir qrup ABŞ bədən tərbiyəsi müəllimləri təşkilatlanaraq Konqresdəki təmsilçilərindən turnir üçün xərclənəcək pulların liseylərdə daha yaxşı idman təhsili üçün xərclənməsini tələb etmələri təmin olunub.

– Avstraliyadakı reqbi yarışmalarında yer alan insanlar haqqında kəşfiyyat hesabatları hazırlanıb.

Sunday Times qəzeti ötürülən sənədlərin mənbəyinin Qətərin 2022 namizədliyi komandasında olan bir nəfərin olduğunu və FİFA-nın istintaqı dövründə bu sənədləri ortaya çıxara bilmədiyini yazıb.

Qətərin səlahiyyətli şəxsləri isə, Sunday Times-ın açıqlamalarını rədd etdiyini, FİFA tərəfindən istintaq aparıldığını və hər hansı bir pozuntuya rast gəlinmədiyini bildirib (bbc)

İnterpress.az