Azərbaycan Koçaryanı necə xatırlayır – ekspert şərhibackend

Azərbaycan Koçaryanı necə xatırlayır – ekspert şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Robert Koçaryanı cəllad kimi tanıyır”. İnterpress.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsini Sputnik Azərbaycan-a şərh edərkən politoloq Fikrət Sadıxov deyib.
Politoloq bildirib ki, Koçaryanın əli günahsız insanların qanına bulaşıb və o, Azərbaycanlılara qarşı soyqırımlarda iştirak edib: “Koçaryanı Yerevanda yox, Bakıda cinayətə məsuliyyətinə cəlb etmək lazım idi. Koçaryanın həbsi Ermənistandakı daxili siyasi qarşıdurmaların nəticəsidir. Paşinyan 2008-ci ildəki hadisələrə görə Koçaryandan qisas alır. Koçaryan cinayətkardır və onun yeri həbsxanadır”.

Qeyd edək ki, Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək, Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçib.

İnterpress.az