Konçita “öldü”backend

Konçita “öldü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2014-cü ildəki Avroviziya musiqi yarışmasında saqqallı Konçita Vurst obrazı ilə qalib gəlmiş avstriyalı müğənni Tomas Noyvirt qadın alter-eqosundan və imicindən imtina etmək qərarına gəlib.

Milli.Az-ın məlumatına görə, o, \”The Independent\”ə açıqlamasında bildirib ki, ona artıq qadın paltarları imici maraqlı deyil.

Konçita Vurst: QİÇS xəstəsiyiəm! – FOTO
\”Mən dreq-artist olduğum son 10 ildə öz \”mən\”imin qadın hissəsini araşdırdım. Mən Avroviziya və ondan sonra olanları o qədər sevdim və anladım ki, Konçitanın böyük imkanları var və o çoxlu istiqamətlərdə inkişaf edə bilər. Mən ilhamlanma axtarışlarındayam. Səhnəyə qızılı paltarda \”diva\” kimi çıxmışam, indi isə mən çəkmə geymiş saqqallı oğlanam\”, – Noyvirt deyib.
Müğənninin sözlərinə görə, indi o, kişi obrazında daha rahat hiss edir və daha küçədə tanınmamasından çox razıdır. Yeri gəlmişkən, Noyvirt hələ bir il bundan əvvəl qeyd etmişdi ki, Konçita Vurstu \”öldürmək\” niyyətindədir. Aprelin ortalarında isə o QİÇS xəstəliyinə tutulduğunu bildirmişdi.

İnterpress.az