ABŞ-la Türkiyə arasında “MÜHARİBƏ” – Hansı UDACAQ?backend

ABŞ-la Türkiyə arasında “MÜHARİBƏ” – Hansı UDACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, həmin rəsmilər Türkiyənin Ədliyyə və Daxili İşlər nazirliklərinin rəhbərləridir. Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Bundan öncə ABŞ Konqresi F-35 beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünü dondurub.

Bu hadisələr Amerika-Türkiyə münasibətlərinə necə təsir edə bilər?

İnterpress.az xəbər verir ki, Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında deyib ki, ümumiyyətlə Türkiyə – Amerika münasibətləri çox mürəkkəb vəziyyətə daxil olub:

“Amerika tərəfi Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. İndiyə qədər heç İranın siyasi xadimlərinə tətbiq edilməyən sanksiyalar artıq dünəndən Türkiyənin iki nazirinə qarşı tətbiq edilməyə başlandı. Üstəlik buna qədər də konstruksiyasının hazırlanmasına, layihələndirilməsinə və istehsalına müəyyən qatqıları olan Türkiyəyə F-35 tipli qırıcı təyyarələrin satılmasının dayandırılması haqqında qərar çıxarılıb. Amerika Türkiyəni daha şiddətli sanksiyalar tətbiq edəcəyi ilə hədələyir. Məsələn, Türkiyə İrana qarşı sanksiyalarda iştirak etməyəcəyini bəyan etdi. Zənnimcə, tələskənliklə Amerikanın İran siyasətini tənqid etməyə və bunu imperializm təzahürü kimi yozmağa ehtiyac yox idi. Çünki bu günlərdə məlum oldu ki, Amerika ilə İran arasında yeni nüvə sazişinin imzalanması barədə danışıqlar gedir. Türkiyə siyasətçiləri, xüsusən ölkənin başında duran dini şəxslər bəzən hadisələri qabaqlamağa çalışırlar, baş verməyən hadisələr haqqında bəyanatlar səsləndirməklə münasibətlərə ciddi gərginlik gətirirlər”.

Q.Hüseynli qeyd edib ki, bir rahibin həbsə salınması, sonradan onun ev dustaqlığına buraxılması o qədər də prinsipial məsələ kimi qiymətləndirilməməlidir:

“Onu guya Türkiyədə dövlət çevrilişə cəhd edən FETÖ-çülərlə əlaqəli təqsirkar bilirlər, Amerika isə rahibi geriyə tələb edir. Həbsi barədə ciddi güzəştlərə gedildiyi bir rahibə görə, münasibətlərin gərginləşməsinə Türkiyə tərəfi bu qədər cəhd etməməlidir.

Amerika dünyanın bir nömrəli dövlətidir, vaxtilə Türkiyənin Sovet ixtilafından xilas edilməsində rol oynayıb. Hər iki dövlət NATO ittifaqına birləşirlər. Əvvəllər Türkiyə-ABŞ arasında strateji müttəfiqlər səviyyəsində münasibətlər olub. İndi isə münasibətlər qopma nöqtəsinə gəlib.

Hər halda hesab edirəm ki, münasibətlərin qorunmasına Türkiyə daha çox səy göstərməlidir. Bir var böyük dövlətin münasibətləri, bir də var buna kiçik dövlətlərin cavab reaksiyası. Mən həmişə Türkiyə – Amerika münasibətlərinin yüksək səviyyədə olmasının şahidi olmuşam”.

Politoloqun sözlərinə görə, münasibətlər bu cür davam edərsə, Türkiyənin NATO-dan uzaqlaşma ehtimalı mümkündür:

“Münasibətlərin bu gün korlanmasın da tutalım ki, Trampın kifayət qədər dırnaqarası xidmətləri var. Tramp siyasətdən uzaq biri olsa da, Ərdoğan kifayət qədər səriştəli dövlət adamıdır. Məncə o, NATO ölkəsi kimi Amerika ilə münasibətlərin qorunub saxlanmasına daha çox qayğı göstərməli idi. Münasibətlər pozularsa, Türkiyə daha çox itirə bilər.

Ona görə də münasibətlərin korlanmasına imkan verməmək lazımdır. Üstəlik Rusiya ilə münasibətlərin Türkiyəyə nələrsə gətirəcəyi barədə də xəyallara qapılmağa ehtiyac yoxdur.

Türkiyə bu xətti davam etdirəcəksə, münasibətlərin korlanması xəttində həddindən artıq təkəbbürlülük nümayiş etdirəcəksə, NATO-dan uzaqlaşa bilər. Amma NATO Türkiyəni öz sıralarından xaric etmək fikrində deyil, ən azından bunu bəyanatlar şəklində belə göstərirlər”.

İnterpress.az