İlin ən fəal diaspor sədri sorğusunun qaliblərinin mükafatlandırma mərasimi başladıbackend

İlin ən fəal diaspor sədri sorğusunun qaliblərinin mükafatlandırma mərasimi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan \”Diaspor.az\” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən \”İlin ən fəal diaspor sədri\” sorğusunun qaliblərinin mükafatlandırma mərasimi keçirilir.

İnterpress.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi, ATEV sədri Tənzilə Rüstəmxanlı, ADİM sədri Toğrul Allahverdili, sorğuda iştirak edən və diaspor fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edir. Belə ki, dünyanın 15-dən çox ölkəsində diaspor fəaliyyəti ilə məşğul olan diaspor nümayəndələri \”İlin ən fəal diaspor sədri\” sorğusunun mükafatlandırma mərasimində iştirak edir.

Eyni zamanda, mərasimdə diaspor fəaliyyətini KİV-də yaxından işıqlandıran media nümayəndələri də iştirak edir.

Qeyd edək ki, 2018-ci il iyunun 1-dən 30-a qədər davam edən “İlin ən fəal diaspor sədri” sorğusunun Avropa kateqoriyası üzrə Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçilib. MDB kateqoriyası üzrə isə Ulyanovskidə Azərbaycan diasporunun sədri İslam Hüseynov \”İlin ən fəal diaspor sədri\” seçilib.

İnterpress.az