Ana və körpə ölümü ilə bağlı açıqlamabackend

Ana və körpə ölümü ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, Elnarə Sadıqova doğuşdan sonra baş verən qanaxmadan dünyasını dəyişib:

“Avqustun 3-də xəstənin səhhəti yaxşı idi. Gözlənilmədən xəstədə qanaxma başladı, təcili əməliyyata götürüldü. Xəstənin qanında laxtalanma prosesi olduğundan əməliyyatdan sonra ananın bütün toxumalarından qan sızmağa başladı. Səhiyyə Nazirliyinə müraciət olundu və Bakıdan iki həkim gəldi. Onlar da öz köməkliyin göstərdilər. Amma qanaxma dayanmadığından xəstənin təzyiqi düşdü. Bu səhər isə ana komaya düşdü. Həkimlərin bütün cəhdələrinə rəğmən onu həyata qaytarmaq mümkin olmadı. Bu Elnarə Sadıqovanın 4-cü hamiləliyi olub”.

İnterpress.az