Sabir Rüstəmxanlı qəzəb püskürdü: “Çirkli, yamaqlı paltar geyinib çıxırlar camaat arasına”backend

Sabir Rüstəmxanlı qəzəb püskürdü: “Çirkli, yamaqlı paltar geyinib çıxırlar camaat arasına”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial media cəmiyyətdə yazı məsuliyyətini artırsa da, bütövlükdə dil bilgisinin zəifliyi heyrət doğurur. Ana dilinin yazı tələblərinin pozulmadığı, orfoqrafiya qaydalarının qorunduğu az yazı tapmaq olar.

Sosial media kütləvi savadsızlığın güzgüsüdür

Elə bil çirkli, süzülmüş, yamaqlı paltar geyinib çıxırlar camaat arasına. Xətirlərinə dəyməsə adam bir guşə açıb rastlaşdığı dil qüsurlarını göstərər.

Hər kəsin dostu-yoldaşı, çevrəsi var, bəllidir, ancaq ədəbiyyat işi buna baxmaz… Bir də baxırsan şerə dəxli olmayan bir qafiyəli yazı qoyublar, altında 50 dənə \”bəh-bəh\” … Doğrudanmı şeir bu qədər ucuzlaşıb? Sonra da o yazılar kitablara çevrilir. Qarşıma elə kitablar çıxır ki, içində bircə dənə əsl şeir yoxdur, amma müəllif bütün yaradıcılıq təşkilatlarının üzvü və iddiası yerə- göyə sığmır. Tənqid susur. Bu antiədəbiyyata, poeziyadan uzaq kitab axınına, bu zövqsüzlüyə, bu məsuliyyətsizliyə dur deyən yoxdur. Beləliklə, bədii sözün meydanı da işğal olunur, söz dəyərdən düşür. Məncə, bu məsələlər diqqətdən kənarda qalmamalıdır…”

İnterpress.az