Azərbaycanlı gənc ABŞ-da keçirilən gimnastika üzrə beynəlxalq yarışda yer tutubbackend

Azərbaycanlı gənc ABŞ-da keçirilən gimnastika üzrə beynəlxalq yarışda yer tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 iyul – 2 avqust tarixlərində Arizona ştatının Finiks şəhərində keçirilmiş aerobika gimnastikası üzrə beynəlxalq turnirdə həmyerlimiz Fərəh Vəliyeva AG1 kateqoriyasında (12-14 yaş) ABŞ çempionu adına layiq görülüb və topladığı balların sayına görə 15 ölkəni təmsil edən 43 iştirakçı arasında bürünc medala sahib olub.

ABŞ-nın Milli Aerobika Çempionatları Assosiasiyası (ANAC) tərəfindən təşkil olunmuş illik yarışda aerobika təmsilçiləri AeroDans kateqoriyasının fərdi, qarışıq cütlük, üçlük və qrup hərəkətlərində çıxış ediblər. 1983-cü ildən fəaliyyət göstərən Milli Aerobika Çempionatları Assosiasiyası dünya üzrə idman aerobikası və aerobik gimnastika növlərini təsis etmiş təşkilatdır. Builki turnirdə ABŞ, Kanada, Yaponiya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Hindistan, Argentina, Çin, Almaniya, Peru, Kolumbia, Venesuela, Meksika və Uruqvay təmsil olunub.

Qeyd edək ki, 13 yaşlı həmyerlimiz Fərəh Əliyeva Aerobika gimnastikası üzrə 2016-cı il Bakı çempionatının gümüş medal mükafatçısı, 2016 və 2017-ci illərdə Azərbaycan çempionu olub, 2017-ci ildə isə Plovdiv (Bolqariya), Peç (Macarıstan) və Bakı şəhərlərində keçirilən beynəlxalq yarışların iştirakçısı və mükafatçısı, eyni zamanda 2018-ci ildə Finiksdə keçirilmiş yarışın nəticələrinə görə ABŞ çempionudur.

Azərbaycanlı gənc ABŞ-da keçirilən gimnastika üzrə beynəlxalq yarışda yer tutub

İnterpress.az