Ən təhlükəli plastik əməliyyat təyin olunubbackend

Ən təhlükəli plastik əməliyyat təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu əməliyyatı həmçinin \”braziliya omba liftingi\” adlandırırlar.

Bir çoxları bu əməliyyatı təhlükəsiz hesab edir. Lakin statistika göstərir ki, məhz bu əməliyyat nəticəsində ölüm halları digər əməliyyatlarla müqayisədə daha çoxdur.

Braziliya omba liftingi əməliyyatı zamanı həkim pasiyentin qarın və ya böyürlərindən piyləri götürür, onları xüsusi üsullarla təmizləyir və daha sonra omba nahiyəsinə yeridir. Bu zaman piy parçası damara düşə və onu bağlaya bilər ki, bu da ürək və ağciyərlərin fəaliyyətinin dayanmasına gətirib çıxardır. Bunun səbəbi həkimin səhvi, insan bədəninin bəzi özəllikləri və s. ola bilər.

Statistikaya əsasən braziliya omba liftingi əməliyyatından keçən hər 3000 nəfərdən biri emboliya nəticəsində həyatını itirir. ( Saglamolun.az)

İnterpress.az