Haydar Başı 10 il həbs cəzası gözləyirbackend

Haydar Başı 10 il həbs cəzası gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2014-cü ildə Mustafa Əraslanın həyat yoldaşı Maral Əraslanın verdiyi ifadəyə görə, Baş onları təhdid edərək boş kağızlar imzalatdırıb və daha sonra onları dolduraraq Əraslanları borclu vəziyyətə gətirib. Bu faktın doğruluğunu inkar edən partiya sədri və vəkil Lütfulla Öndərin əksinə olaraq, Mustafa və Maral Əraslanın qızı Fatma Zəhra Əraslan da təhdid edildiklərini təsdiqləyib. Bakırköy Cümhuriyyət Baş İstintaq İdarəsi Haydar Baş, Lütfulla Öndər və Mustafa Əraslana fiziki güc tətbiq etmiş Maşallah Tarhan da daxil olmaqla 11 nəfərə “mütəşəkkil qarət” və “boş yerə atılmış imzanın xain məqsədlə istifadə olunması” ilə bağlı məhkəmə işi açıb.

Partiya sədrinin Gülən “camaatı” ilə əlaqəli və özünün də qruplaşma lideri olduğu da bildirilərək, Əraslanlara “camaat” nümayəndələrinə məcburi kömək etmələri ilə bağlı məlumat da verilib. Həmçinin Maral Əraslan bu vəziyyətdə olan başqa insanların olduğunu da qeyd edib.

Qeyd edək ki, Haydar Başa 10, Lütfulla Öndərə 6-10 arası, Maşallah Tarhana isə 1,5-4,5 il arası həbs cəzası verilməsi, digər 8 nəfərin azad olunması ilə bağlı tələb irəli sürülüb. Məhkəmə Haydar Baş və Lütfulla Öndərin üç milyon lirəlik əmlakını da ələ keçirərək, ölkədən kənara çıxmalarına qadağa qoyub və özlərini müdafiə üçün məhkəmənin vaxtını ertələyib. (AzNews.az)

İnterpress.az