Avropadan İrana dəstək: ABŞ-ın sanksiyaları bloklandıbackend

Avropadan İrana dəstək: ABŞ-ın sanksiyaları bloklandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Aİ Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva deyib.

Onun sözlərinə görə, 7 avqust tarixində Aİ-nin İranla biznes əlaqəsi olan avropalı şirkətləri ABŞ-ın eksterritorial sanksiyalarının təsirindən qoruyacaq yenilənmiş bloklayıcı reqlamenti qüvvəyə minib.

“Sənəd həmçinin, avropalı şirkətlərə xarici məhkəmələrin həmin sanksiyalar əsasında qəbul edilmiş istənilən qərarını və məhdudlaşdırıcı tədbirləri icra etmələrinə qadağa qoyur”, – deyə Avrokomissiyanın nümayəndəsi bildirib.

Aİ rəsmisi həmçinin vurğulayıb ki, qəbul olunan qanun ABŞ sanksiyaları nəticəsində zərər çəkə biləcək avropalı şirkətlərə kompensasiya ödənilməsini də nəzərdə tutur.

Xatırladaq ki, bu gündən etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlanıb. Bununla əlaqədar İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılacaq. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək. (Azvision.az)

İnterpress.az