Diaspor liderləri Bakıda görüşlər keçirirbackend

Diaspor liderləri Bakıda görüşlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenicag.az xəbər verir ki, qonaqlar redaksiyanın yaradıcı heyəti və iş prosesi ilə tanış olublar.

“Yeni Çağ” Media Qrupununu rəhbəri Aqil Ələsgər və qonaqlar – Avropa Azərbaycanlıları Konqresinin baş katibi, Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtay, Türkiyə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin başqanı Cəvahir Əhmədova, Rusiya Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Mərkəzinin sədri Şamil Tağıyev və İsveçli sosial fəal Siyavuş Derəxtinin görüşündə xaricdə yaşayan soydaşlarımızın məsələləri və əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Qeyd edək ki, görüşdə “Yeni Çağ” Media Qrupunun baş məsləhətçisi Məlahət xanım Qurbanova və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) rəhbəri Toğrul Allahverdili də iştirak edib.

Görüşün sonunda xatirə fotoşəkli çəkilib.

Xatırladaq ki, diaspor liderləri Azərbaycan Diasporu İnformasiya Mərkəzinin 3 avqust tarixində keçirdiyi Mükafatlandırma Mərasimində iştirak etmək üçün vətənə gəliblər. Mərasimdən sonra ADİM-in təşkilatçılığı ilə görüşlər davam edir.

Diaspor liderləri Bakıda görüşlər keçirir

İnterpress.az