Salyanda dəhşətli yol qəzası: ölən və yaralanan varbackend

Salyanda dəhşətli yol qəzası: ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan “Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. “Mersedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

İnterpress.az