Çempionlar Liqası: “Astana” evdə, “Fənərbağça” səfərdə uduzdubackend

Çempionlar Liqası: “Astana” evdə, “Fənərbağça” səfərdə uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə \”Qarabağ\”ın matçı ilə birgə 7 qarşılaşma keçirilib.

Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın \”Astana\” komandası öz meydanında Xorvatiyanın \”Dinamo\” klubunu qəbul edib. Matç xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə təmsilçisi \”Fənərbağça\” isə səfərdə Portuqaliyanın \”Benfika\” klubu ilə üz-üzə gəlib. Görüşün taleyini \”Benfika\”nın vurduğu 1 qol həll edib.

7 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

\”Astana\” (Qazaxıstan) – \”Dinamo\” (Zaqreb, Xorvatiya) 0:2

Qollar: Budimir, 39, Olmo, 84

\”Qarabağ\” (Azərbaycan) – BATE (Belarus) 0:1

Qol: Draqun, 36

\”Malmö\” (İsveç) – \”Videoton\” (Macarıstan) 1:1

Qollar: Kristiansen, 62 (1:0), Neqo, 71 (1:1)

\”Slaviya\” (Praqa, Çexiya) – \”Dinamo\” (Kiyev, Ukrayna) 1:1

Qollar: Verbiç, 82 (0:1), Huşbauer, 90+5 (1:1)

\”Standard\” (Belçika) – \”Ayaks\” (Hollandiya) 2:2

Qollar: Huntelaar, 19 (0:1), Tadiç, 34 (0:2), Carcela-Qonzalez, 67 (1:2), Emond, 90+4-pen (2:2)

\”Srvena Zvezda\” (Serbiya) – \”Spartak\” (Trnava, Slovakiya) 1:1

Qollar: Ben, 23-pen (1:0), Qrendel, 25 (1:1)

\”Benfika\” (Portuqaliya) – \”Fənərbağça\” (Türkiyə) 1:0

Qol: Cervi, 69

İnterpress.az