Bitkoinin son qiymətibackend

Bitkoinin son qiyməti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bitkoinin qiyməti bu gün 7 min dollardan aşağı düşüb.

\”CoinMarketCap\” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,67% azalaraq 6,974 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, \”Ethereum\” 1,13% və ya 406,82 dollaradək, \”Ripple\” 4,81% (0,4095 dollara qədər), \”Bitcoin Cash\” isə 2,02% (693,63 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 251,86 milyard dollar təşkil edir və bunun 47,6% faizi bitkoinin payına düşür.

İnterpress.az