Tənzilə Rüstəmxanlı diaspor liderləri ilə görüşüb – FOTObackend

Tənzilə Rüstəmxanlı diaspor liderləri ilə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının qonağı olublar.

İnterpress.az xəbər verir ki, diaspor liderləri Azərbaycan Türkiyə Evinin fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşdə ATEV sədri Tənzilə Rüstəmxanlı, \”Yeni Çağ” Media Qrupununu rəhbəri Aqil Ələsgər ATEV-in icraçı direktoru Toğrul Allahverdili, Avropa Azərbaycanlıları Konqresinin baş katibi, Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtay, Türkiyə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin başqanı Cəvahir Əhmədova, Rusiya Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Mərkəzinin sədri Şamil Tağıyev və isveçli sosial fəal Siyavuş Derəxti iştirak ediblər.

Görüş zamanı xaricdə yaşayan soydaşlarımızın məsələləri və əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Xatırladaq ki, diaspor liderləri ATEV və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin avqustun 3-də keçirdiyi mükafatlandırma mərasimində iştirak etmək üçün vətənə gəliblər.

Mərasimdən sonra ADİM-in təşkilatçılığı ilə görüşlər davam edir.

İnterpress.az

Tənzilə Rüstəmxanlı diaspor liderləri ilə görüşüb - FOTO

Tənzilə Rüstəmxanlı diaspor liderləri ilə görüşüb - FOTO