Keçmiş deputat Rəsul Quliyevi dələduzluqda SUÇLADI: “Nə abırları var, nə də həyaları”backend

Keçmiş deputat Rəsul Quliyevi dələduzluqda SUÇLADI: “Nə abırları var, nə də həyaları”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı Rəsul Quliyevin qardaşı Telman Quliyev və Quliyevlərin nümayəndəsi Nazim Quliyev musavat.com-un redaksiyasına müraciət ediblər.

Telman Quliyev deyib ki, Bilgəh qəsəbəsində yerləşən, Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağ sahəsinin Quliyevlərə 1995-ci ildən məxsus olduğunu təsdiqləyən sənədləri olsa da, 2008-ci ildə Hacı Qalib oranı zəbt edib: ““Uzun müddət oradan çıxmadı və nəhayət, 2010-cu ilin yayında məhkəmə qətnaməsi ilə icra məmurları bağı alıb bizə təhvil verdilər. Təhvil-təslim aktı da 27 nəfər adamın şahidliyi ilə bağlandı, təsdiqləndi və bağla bərabər özümüzə verildi. Ötən il bağda mühafizəçi olmayan vaxtda Hacı Qalib oranı yenidən zəbt edib və heç bir qanun-qayda tanımayaraq, mülkümüzün qapısını arxadan qaynaqladıb”.

İnterpress.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı sabiq deputat Hacı Qalib Salahzadə ilə əlaqə yaradıb. O, saytımıza açıqlamasında bildirib ki, Rəsul Quliyevin Bilgəhdə bağ sahəsi yoxdur və bu, yalan söhbətdir:

“Əgər bu adamın adına bağ varsa, onda gedib məhkəməyə müraciət etsinlər. Açıq deyəcəm, o adamlar şantaj edənlərdir, cürbəcür yollarla məndən pul almaq istəyirlər. Təkcə onlar deyil, nə qədər belə adamlar var. Mən 2009-cu ildə həmin bağ evində ailə üzvlərimlə birlikdə qeydiyyatdayam. Vaxtı ikən məhkəmə olub, ancaq nə qərar çıxarıblar, nə ediblər xəbərim yoxdur. Bir onu bilirəm ki, bunlar yalandan öz adlarına sənəd düzəldiblər, Amerika vətəndaşı ola-ola məhkəmə qərar çıxardılar. Halbuki 2009-cu ildən onların dediyi ərazidə özüm yaşayıram və qeydiyyatdayam. Mən orda 1992-ci ildə ev tikdirmişəm”.

Hacı Qalib qeyd edib ki, eks-spikerin qohumlarının iddia etdikləri sahə hazırda hazırda Rusiya səfirliyinin ərazisidir:

“Sənədləri 1995-ci ildə hələ Rəsul Quliyev burda olanda Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə ləğv olunub. Bir sözlə, abırsızlıq edirlər də. Gedib prokurorluğa müraciət etsinlər. Axır vaxtlar dəbə düşüb. Məhkəmə qalıb bir qıraqda, qəzetlərə, saytlara şikayət edirlər. Əşi, gedin verin məhkəməyə də.. Hansı zəmanədə yaşayırsınız? Biabırçılıqdır. İndi mən gedib kimlərəsə sübut etməliyəm ki, mən Rəsul Quliyevlə alver etməmişəm? Mənim onunla heç bir aidiyyatım yoxdur. Ancaq Hacı Qalibi şantaj edirlər, başqa adam yoxdur. Nə abırları var, nə də həyaları”.

İnterpress.az