Minlərlə müəllimin adına kölgə salan… – Təhsil Nazirliyi ETİRAZ ETDİbackend

Minlərlə müəllimin adına kölgə salan… – Təhsil Nazirliyi ETİRAZ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi Abşeron rayonu, Digah qəsəbəsində müəllimin şagirdi tərəfindən bıçaqlanması xəbərlərinə etiraz edib.

İnterpress.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov cinayət hadisəsinin şagird-müəllim münasibəti kimi təqdim edilməsini yolverilməz hesab etdiyini bildirib: \”Sizin tirajladığınız kriminal pafoslu sujetdə televizya ekranında 10 milyon vətəndaşımıza ərz olunur ki, bəs Abşeronda şagird müəllimi bıçaqlayıb. Özü də kitab üstündə. Bıçaqlayan şagird hətta fiziki tərbiyə fənindən “ən yüksək balla” bu il universitetə qəbul olunub. Müxbir ciddi cəhdlə 1992-ci təvvəlüdlü, 26 yaşlı bığ-saqqal ağartmış vətəndaşı şagird \”oformut” etməkdən sanki yaradıcılıq zövqü alır, \”şagird\”in müəllimi hətta öldürməməsinə məətəl qalır. Və əlahəzrət fakt! Abşeron rayonunda bu il və ötən 5 il ərzində belə adda ya orta məktəbi bitirən şagird var, ya da ki müəllim. Bunu rahatca Abşeron RPŞ-dən öyrənə bilərsiz. Ancaq bunu bizdən və bu postu oxuyan həmkarlardan başqa kim biləcək?\”.

O qeyd edib ki, müəllimin şagirdi tərəfindən bıçaqlanması xəbərinin saytlarda tirajlanması minlərlə müəllimin adına kölgə sala bilər: \”Çoxmilyonlu tamaşaçı və “Azərbaycanda şagird müəllimi bıçaqladı” başlığı ilə manşet verən saytın oxuyucuları tamamilə doğru olmayan şagird müəllim şiddətini müzakirə edəcək və minlərlə müəllimin adına kölgə salan qara xəbər rəngində düşünəcəklər. Və beləcə.. belə olmaz. Xəbər süjeti yayan, dərc edən həmkarlar, axı niyə qeyri-dürüst məlumatı yayımlayırsız? Bir də niyə bizdə bıçaqlanan, avtoqəza keçirən hər hansı bir vətəndaş yaşı az olarsa hökmən şagird və əgər məktəbdə işləyərsə hökmən filan məktəbin müəllimi kimi qeyd olunur. Məgər, qəza keçirməyin də peşəsi var?\”

Xatırladaq ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayevin vaxtilə şagirdi olmuş Rövşən İsgəndərov tərəfindən bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən İsgəndərov saxlanıb. Araşdırma zamanı məlum olub ki, o, Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub.

Səid Qərib
İnterpress.az