70 yaşını qeyd edən Akif İslamzadə: “Qorxuram…”backend

70 yaşını qeyd edən Akif İslamzadə: “Qorxuram…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüratlarını Yenicag.az-la bölüşən sevilən sənətkar doğum gününü doğmalarının əhatəsində qeyd edəcəyini bildirib:

“Səhərdən saysız-hesabsız təbriklər alıram, hamı xoş sözlər deyir. Qorxuram təkəbbürlülük xəstəliyinə yoluxum. İnsanların sevgisi mənim üçün ən böyük hədiyyədir. Təmtəraq sevmirəm, xoş günümü doğmalarımın əhatəsində qeyd edəcəm. Deyirsiniz ki, sizə 70 yaş vermək olmur, cavan görünürsünüz. Anam Sara xanım da belə olub. Türkiyədə verilişdə qonaq olanda, aparıcı ona sual verib ki, neçə yaşınız var. Anam deyib ki, 75. Məəttəl qalıb ki, bu yaşı sizə vermək olmur. Çünki anamın üzü mərmər kimi hamar və gözəl idi. Bunun da səbəbi var, ürəyi təmiz idi, paxıllıq hissindən uzaq idi. Mən də ömrü boyu heç kimin paxıllığını çəkmədim, çalışdım içimi təmiz saxlayım”.

İnterpress.az