“Hüseyn Dərya ilə Anar Nağılbaz həmin gecə orada idilər”backend

“Hüseyn Dərya ilə Anar Nağılbaz həmin gecə orada idilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu açıqlamanı Azərbaycanın tanınmış təşkilatçı-prodüseri Samir Xəttab baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hər iki reper ilə dost olub.

“Həm Hüseyn Dərya, həm də Anar Nağılbaz ilə 2002-ci ildən dostluq edirdim. Arzum idi ki, onların ikisinin də iştirak etdiyi konsert təşkil edim. 2011-ci ilin yay ayında “Maşın şou” keçiriləndən sonra hər ikisilə razılığa gəldim. Beləliklə də, Nabranda konsert təşkil etdim. Həmin gecə onların ikisi də orada idi”, – deyə Samir Xəttab bildirib.

Onun sözlərinə görə, heç kim inanmırdı ki, onların birlikdə konsertdə iştirak edəcəklər: “Buna heç kim inanmırdı. Lakin konsert baş tutdu və həm Hüseyn Dərya, həm də Anar Nağılbaz həmin konsertdə iştirak etdi”.

“Hüseyn Dərya ilə Anar Nağılbaz həmin gecə orada idilər”

İnterpress.az