Bu sahədə çalışanların əməkhaqqı artdı - Rəsmi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Bu sahədə çalışanların əməkhaqqı artdı - Rəsmi

Azərbaycanda bu sahədə çalışanların əməkhaqqı artırılıb.

Dərc edilib: 9 avqust 2018 [12:08]
Baxış sayı: 15149

2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 541,1 manat olub.

Bu barədə İnterpress.az-a Dövlət Statistika Komitəsindən daxil olan məlumatda deyilir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1546,2 min nəfər olub, onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,4%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,5%-ii əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,0%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54