Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


İrana qarşı sanksiyalar Azərbaycana təsir edəcəkmi?

Avqustun 7-də ABŞ İrana sanksiyaları bərpa etdi.

Dərc edilib: 9 avqust 2018 [14:00]
Baxış sayı: 10745

Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənyesinə, xalça satışına qədər sahələri əhatə edir. Bu gün isə ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyalarin 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti “İranla iqtisadi əməkdaşlı edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz” dir. Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır.

İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsiri olacaqmı?

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsiinin üzvü Tahir Mirkişili Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, statisik rəqəmlərə fikir versək, Azərbaycan iqtisadiyyatında İranın payı kiçikdir.

“2018-ci ilin 6 ayın yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1%, ixracında payı 0.1% , idxalında payı 2.9% dir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 milyard dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4%-ni təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtomobil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni, İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər.

T.Mirkişili deyib ki, bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var.

“Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Avropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinliklərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər. Sadəcə geçikmələrə”.

Deputat qeyd edib ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub.

“İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır. Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar”.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134