Adnan Oktardan ŞOK SÖZLƏR: “Əgər Türkiyəni İsrailə sevdirməsəydik…”backend

Adnan Oktardan ŞOK SÖZLƏR: “Əgər Türkiyəni İsrailə sevdirməsəydik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “din xadimi”nin qadınlarla hər hansı cinsi təmasda olub-olmadığını yoxlamaq üçün hər iki tərəfdən DNT analizi götürülüb.

Hazırda həbsxanada saxlanılan Adnan Oktar ona göndərilən 7 vəkili bəyənməyib və xidmətlərindən imtina edib. Hazırda onun sənədlərinə 8-ci vəkil baxır. O, polisə verdiyi ifadəsində 353 suala cavab verib. O, FETÖ terror təşkilatında cinsi istismar, ABŞ və Türkiyə arasındakı böhran, İsrail ilə münasibətlərindən də söz açıb.

Əlavə olaraq, “din xadimi” həbsxanadakı ilk açıq görüşündə qardaşı və qardaşının oğlu ilə görüşüb.

O, hazırda 3 nəfərlik hücrədə tək saxlanılır. Səhər yeməkdən sonra idman edir. Həbsxananın qaydaların uyğun olaraq gündə 3 dəfə yemək yeyir, bəlli günlərdə duş qəbul edir. Aylıq 1200, həftəlik 300 TL xərcləməsinə icazə verilir. Onun hesabına son olaraq 500 TL qoyulub. Hazırda hesabında 4070 TL pul var.

Adnan Oktar İsrail-Türkiyə münasibətləri ilə bağlı bunları deyib:

“Bizim İran, Rusiya və Çin ilə yaxşı münasibətlərimiz var. Sadəcə İsraillə yaxşı deyildi, Oralara da heyət göndərərik. İsraildən çanta dolu qızıl, pul gəlir, deyirlər. Halbuki, oradan dəvət etdiyimiz qonaqların uçuş biletini belə, biz alırdıq. Əgər Türkiyəni İsrailə sevdirməsəydik, ABŞ 24 iyundan sonra Ermənistanı tanıyacaqdı. Biz simpatiya üsullarını istifadə etdik. İsrailin güclü dövlət olduğunu qəbul etmək lazımdır. Onunla gərginlik İngiltərə dövlətinin oyunudur” (Publika.az)

İnterpress.az