Elnarə Xəlilovadan Röyanı UTANDIRAN HƏRƏKƏT: “Nömrəsini vermirdi…”backend

Elnarə Xəlilovadan Röyanı UTANDIRAN HƏRƏKƏT: “Nömrəsini vermirdi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

E.Xəlilova aralarında yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, sənət dostuna uğurlar arzu edib. O, Röyaya yazdığı səmimi təbriki və onun yeni ifasını instaqram hesabında paylaşıb:

“Həftənin birinci günü Muxtarla olan yazışmamızdan… İnsan təbii ki, sevdiklərinin uğuruna sevinər. Bu linki mənə ilk tələbəm atdı və “Elnarə xanım, bu mahnı nə vaxt çıxacaq? Bilmirsiniz?” deyə soruşdu. Mən də bəstəkarından soruşdum. Özünün şəxsi nömrəsi 10 ildir məndə olmadığı üçün… Sevmirəm özələ burun soxmağı. Vermirdi, mən də istəmirdim. Nə yaxşı ki, belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm!”

Elnarə Xəlilovadan Röyanı UTANDIRAN HƏRƏKƏT: “Nömrəsini vermirdi...”

Daha sonra sənətçi ona nömrəsini verməyən Röyanı sosial şəbəkədə təbrik edib, xoş sözlər yazdığı üçün qınayalara cavab verib:

Elnarə Xəlilovadan Röyanı UTANDIRAN HƏRƏKƏT: “Nömrəsini vermirdi...”

“Sizə kim dedi ki biz dostuq? Biz dost deyilik, amma Allaha şükür, düşmən də deyilik. Siz bizi yaxından tanımadığınız üçün heç vaxt anlaya bilməzsiniz, yaxşısı budur ki, qarışmayın. Özümüz bilərik, 10 ildir nömrəsinin olmadığını da ona görə qeyd etdim ki, Muxtara yazmağımın səbəbi aydın olsun. Adam 10 il kiminsə yolunu gözləyəndə onun üçün hər bir xəbəri tapılmış kimi olur. Həm Allah da bəndələrini bağışlayır. Biz kimik ki?”

Xatırladaq ki, bir neçə gün əvvəl Elnarə ilə bəstəkar Muxtar Abseynov Röyanın sözləri və musuqisi Zülfi Bədəlova aid olan “Mənə sevgidən bəhs et” adlı mahnısının Uitni Hyustonun “I have nothing” kompozisiyasına bənzədiyini irəli sürmüşdü.
Elnarənin bu addımı Röyanı hiddətləndirmişdi. Bundan sonra vaxtı ilə “W -trio” qrupunda çıxış edən sənətçilər bir-birinin ünvanına xoşagəlməz sözlər yazmışdı. (Publika.az )

İnterpress.az