Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xərçəng xəstəsinə əlillik dərəcəsi verilməlidirmi? - Nazirlik aydınlıq gətirdi

Nazirlik xərçəng xəstəsinə əlillik dərəcəsinin verilməməsinə aydınlıq gətirib.

Dərc edilib: 10 avqust 2018 [12:15]
Baxış sayı: 7609

Xərçəng xəstəliyindən əməliyyat olunan, iki ay kimyəvi müalicə alan Zərdab rayon sakini Vahidov Asim Mahmud oğluna əlillik dərəcəsinin verilməməsi məsələsinə nazirlik rəsmisi aydınlıq gətirib.

İnterpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi Fazil Talıbov bildirib ki, adıçəkilən şəxsin göndərişinin natamam doldurulması səbəbindən on əlillik dərəcəsi verilməyib:

“Sözügedən məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində araşdırılıb, Vahidov Asim Mahmud oğlunun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0260003AAE40 saylı göndərişi əsasında 30.05.2018-ci il tarixdə qiymətləndirilib və “göndərişin natamam doldurulması səbəbilə” əlillik təyin edilməyib.

Əlilliyin təyininə əsas verən 0260003AAE40 saylı göndərişin təhlili göstərir ki, göndərişdə əsas diaqnoz kimi “Sidik kisəsi gümbəzinin bədxassəli yeni törəməsi”, status localis kimi “Sidik kisəsi xərçəngi. TaNoMo 0 mərhələ Sidik kisəsi TUR-B cərrahi əməliyyat, 6 kurs monokimyaterapiyadan sonrakı vəziyyət” qeyd edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik dərəcəsinin verilməsi üçün əsas götürülən bədxassəli şişin növü, klinik mərhələsi və biopsiya və histoloji müayinələrin nəticəsi qeyd olunmadığı üçün “göndərişin natamam doldurulması səbəbilə” əlillik təyin edilməyib”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 46