Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Dünya Ticarət Təşkilatı Azərbaycanlı tələbələrə təşəkkür etdi

Dünya Ticarət Təşkilatı (World Trade Organisation) Twitter səhifəsində Qərbi Kaspi Universitetinin tələbələrinin fotosunu paylaşaraq, beynəlxalq ticarət barədə müzakirələrə görə təşəkkür edib.

Dərc edilib: 10 avqust 2018 [12:55]
Baxış sayı: 8053

Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə isə MBA proqramı çərçivəsində (ikili diplom layihəsi) əməkdaşlıq edir. Proqram çərçivəsində dərslər Qərbi Kaspi Universiteti və UBIS-in professor-müəllim heyəti tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr diplomlarını əldə edirlər.

Universitetin tələbələri İsveçrənin UBİS Universiteti ilə birgə həyata keçirilən ikili diplom layihəsi çərçivəsində bu günlərdə növbəti dəfə İsveçrədə, UBİS-də təcrübədə, bir sıra mühazirələrdə və praktik məşğələlərdə iştirak edib, eləcə də bir neçə təşkilatda müzakirələrə qatılıb. Belə görüşlərdən biri Dünya Ticarət Təşkilatının ofisində qurumun mütəxəssisləri ilə keçirilib. Görüşdən sonra təşkilat öz Twitter səhifəsində tələbələrimizin fotosunu paylaşaraq, maraqlı müzakirələrə görə təşəkkür edib.

Dünya Ticarət Təşkilatı Azərbaycanlı tələbələrə təşəkkür etdi


İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 133