Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyədə sənədləri olmayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

Türkiyədə sənədləri olmadan yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə.

Dərc edilib: 10 avqust 2018 [13:28]
Baxış sayı: 3982

Türkiyədə müvafiq sənədləri olmadan yaşayan Azərbaycan Respublikası vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədləri əldə edə biləcəklər.

İnterpress.az diaspor.az-a istinadən xəbər verir ki, 1990-cı illərdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına köçən və hazırda Türkiyə ərazisində müvafiq sənədləri olmadan yaşayan Azərbaycan Respublikası vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədləri əldə etmək üçün elektron qaydada müraciət növü hazırlanıb.

Belə ki, müvafiq sənədləri olmadan yaşayan Türkiyə ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədləri əldə etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə elektron formada müraciət edə bilərlər.

Həmin kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarından xahiş olunur ki, elektron ünvan ( http://www.bpqmi.gov.az/?/az/requestdoc/ ) vasitəsilə mövcud problemlərini müvafiq qurumlara çatdırsınlar.

Elektron müraciətlərlə bağlı əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı nömrələrlə də əlaqə saxlaya bilərlər:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi (+994 12) 590-64-43 / 590-64-31 / 590-64-32 / 590-64-33

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi – (+994 12) 493-10-54 (daxili 220)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 39