Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Müəllimi tüfənglə öldürən şəxs könüllü təslim oldu

Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub.

Dərc edilib: 10 avqust 2018 [14:23]
Baxış sayı: 3614

DİN-dən İnterpress.az -a verilən məlumata görə, avqustun 9-da Ağdaş şəhəri ərazisindəki qəbiristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Sonra o, könüllü olaraq polisə gəlib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngini təhvil verib.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134