Universitet müəlliminin özünü yandırmasının təfərrüatları məlum olub - ŞOK FAKTLAR » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Hadisə  

Universitet müəlliminin özünü yandırmasının təfərrüatları məlum olub - ŞOK FAKTLAR

Universitet müəlliminin özünü yandırmasının təfərrüatları məlum olub.

Dərc edilib: 10 avqust 2018 [15:20]
Baxış sayı: 43276

Samuxda keçmiş universitet müəlliminin özünü yandırmasının təfərrüatları məlum olub.

İnterpress.az-ın Samux rayon Təhsil Şöbəsindən əldə etdiyi məlumata görə, rayonun Qovlarsarı kənd sakini 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifovun ehtiyyatsızlıqdan həyətdə yandırılan ocağın üzərinə düşdüyü məlum olub.

Belə ki, 77 yaşlı müəllim yaşadığı evin həyətində küstar üsulla düzəldilmiş hovuzun suyunu qızdırmaq üçün odun parçalarından ibarət ocağı yandırıb. Amma alovun qəflətən güclənməsi H.Yusifovun yanması ilə nəticələnib.

O, yanğının çoxaldığını görüb özünü hovuzun içərisinə atıb. Bu zaman o, yanıqla birlikdə müxtəlif bədən xəsarətləri də alıb. Hadisə baş verən zaman onun spirtli içki qəbul etdiyi bildirilir.

H.Yusifovun köməyinə gələn qonşular tərəfindən o, dərhal Samux rayon 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan onun vəziyyətinin ağır olduğu bildirilib. Ona görə də, H.Yusifov yaxın saatlarda paytaxt Bakıya göndəriləcək.

Qeyd edək ki, H.Yusifov kənd təsərrüfatı üzrə elmlər namizədidir. O, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi olub. İki oğlu, iki qızı var. Həyat yoldaşı Gəncədə, övladları isə Rusiya Federasiyasında yaşadığından o, Qovlarsarı kəndindəki evində tək yaşayır.

Səid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54